Mahir Emreli:
312
12:45, Bu gün

Mahir Emreli: "Milli komandaya qayıdandan sonra klubda mənə qarşı rəftar dəyişdi"

Azərbaycan milli komandasının və "Kayzerslautern" klubunun üzvü Mahir Emreli səfərdə Ukraynaya qarşı DÇ-2026-nın seçmə mərhələ oyunundan (2:1) sonra Offsideplus.az saytına müsahibə verib. 
 
Moderator.az müsahibəni təqdim edir:
 
- Oyunla bağlı fikirlərinizi öyrənmək istərdik...
 
- Düşünürəm ki, layiqli mübarizə apardıq. Oyundan 3 xalla da ayrıla bilərdik. Hakimin verdiyi qərarlar bir az məndə şübhə doğurdu. Baxılası məqamlara baxmırdı, üstünlüyü rəqibə verirdi. Oyunla bağlı danışsaq, yaxşı epizodlarımız vardı. Matça yaxşı köklənmişdik. Ağır səfərə baxmayaraq, Fransaya qarşı matçdan sonra özümüzə tez gəldik. Yaxşı kökləndik. Üzülürük, lakin təbii ki, pozitiv məqamlar vardı.
 
- Ayxan müəllimin gəlişindən sonra hansı dəyişikliklər var?
 
- Müdafiə planında daha yaxşı təşkil olunmuşuq. Hücum planında işləyəndən sonra hücuma necə çıxmalı olduğumuzu daha yaxşı biləcəyik. Buna zaman lazımdır. Ayxan müəllimlə ikinci toplanış idi. Ümid və inam var. O da bizi buna inandırır. Bunlar oyunda da hiss olunur. Hər bir futbolçu məşqçinin tapşırıqlarını yerinə yetirməyə və indiki sistemi daha da yaxşılaşdırmağa çalışır. 
 
- Sənin start heyətdə görünməməyin nə ilə bağlıdır?
 
- Fransa ilə oyunda startda olmağım da çox sual doğurmuşdu ki, klubunda oynamır. Bura klub deyil, milli komandada tələblər başqadır. Oyun zamanı daha azdır, 2 gündən bir matça çıxırsan, çox futbolçuya ehtiyac var. Oynamamağım məni də narahat edir. Hazırda oynamamağım mənimlə bağlı deyil. "Kayzerslautern"ə dönəndə ciddi bir iclas olacaq. Məşqçi, klub və idman direkotru ilə söhbət olacaq. Mən də azarkeşlər kimi bu suala cavab axtarıram.
 
- Bura transferində böyük ümidlər var idi...
 
- Bəzi məqamlar var. İlk öncə bunu deyim ki, istirahət etdiyim zaman mənə gün verib, işıq vermədilər. Durmadan yazıb, zəng etdilər ki, oyun sxemimizə önəmlisən. Bunu da keçirəm, futboldur, oynadıqca sistem və düşüncələr dəyişə bilər. Bunu tək mən yox, bir çox futbolçular yaşayıb. Lakin futboldan kənar məsələlər peşəkarlıqdan çox uzaqdır. Heç bir futbolçu özünə qarşı bunu qəbul etməz. 
 
- "Nürnberq"də də oxşar hadisələr yaşanmışdı?
 
- "Nürnberq"də mənim heç vaxt kimləsə problemim olmayıb. Nə baş məşqçi, nə də futbolçularla. Orda sadəcə xırda bir şey idi. Qışda mənə təklif gəlmişdi, onların pul qazanma1 ehtimalı vardı. Mən də Cənubi Koreyaya getməyə isti baxmırdım. Bəli anlaşılmayan məqamlar buraxıldı. Bir futbolçu ilə problemimi də yazmışdılar. Çox normal hadisə olmuşdu. Mən topu onun ayaqlarının arasından keçirdim, o da məni topsuz vurdu. Məndən də yaşca balacadır. Futbolda meydanda olanda böyük-kiçik olmur. Amma bizdə, dilimizdə böyüklərə qarşı tərbiyəni qoruyub saxlamaq lazımdır. O hadisədən sonra mənə "bu hərəkəti etmə"ni başqa cür dedi. Mən də ona öz fiziki reaksiyamı göstərdim. Mediaya bu çıxmışdı. O zaman mən bunu demirdim, ehtiyac yox idi. 
 
- Bəs "Kayzerslautern"də əsas problem nədir?
 
- "Kayzerslautern"də futbolçularla heç bir problemim yoxdur. Mənə hörmət edirlər. Oraya Almaniyada II Bundesliqada özümü sübut etmiş biri kimi getdim. "Dinamo"dan oraya gedəndə hardasa özünü sübut etməlisən. Burda məşqçinin və rəhbərliyin bəzi verdiyi qərarlar, sözlərini tutmaları və rəftarlarını dəyişmələri - bu, narahat olduğum məqamdır. Bu mənim heç bir şey etmədiyim halda yaşanıb. Nə tərbiyəmi pozmuşam, nə də artıq-əskik hərəkət etmişəm. Bu da milli komandaya qayıdandan sonra dəyişdi. İclas olacaq, sonra bəzi məsələlərə aydınlıq gələcək.
Link kopyalandı!
Son xəbərlər