Xocalı rayonunun iki kəndinə növbəti köç yola salındı - FOTO
287
12:37, Bu gün

Xocalı rayonunun iki kəndinə növbəti köç yola salındı - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
 
Moderator.az xəbər verir ki, Xocalı rayonunun Şuşakənd və Təzəbinə kəndlərinə köç karvanı Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb.
 
Bu mərhələdə Şuşakənd kəndinə 27 ailə olmaqla 116 nəfər, Təzəbinə kəndinə isə 27 ailə olmaqla 117 nəfər köçürülüb.
 
Köçürülən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində sanatoriya binalarında, inzibati binalarda məskunlaşan ailələrdir.
 
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
 
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Link kopyalandı!
Son xəbərlər