Azərbaycanın ədliyyə naziri, Ali Məhkəmənin və Hakimlər İttifaqının sədrləri Beynəlxalq Hakimlər Assosiasiyasının fəxri medalı ilə təltif ediliblər
520
11:50, Bu gün

Azərbaycanın ədliyyə naziri, Ali Məhkəmənin və Hakimlər İttifaqının sədrləri Beynəlxalq Hakimlər Assosiasiyasının fəxri medalı ilə təltif ediliblər

Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov və Azərbaycan Hakimlər İttifaqının sədri Ramiz Rzayev Beynəlxalq Hakimlər Assosiasiyasının fəxri medalı ilə təltif olunublar.
 
Moderator.az xəbər verir ki, təltifetmə Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası çərçivəsində "Konstitusiya və Suverenlik İli" nə həsr olunmuş “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil edilib.
Link kopyalandı!
Son xəbərlər