“Onlar nə bilirdilər ki, Tamilla Ələkbərova keçmişdə nə əziyyət çəkib, kimdir o?
721
10:42, Bu gün

“Onlar nə bilirdilər ki, Tamilla Ələkbərova keçmişdə nə əziyyət çəkib, kimdir o?"

“Tamaşaçıları tənqid və təhqir etmək olmaz. Buna heç bir aparıcının ixtiyarı və səlahiyyəti yoxdur. Bəzən sosial verilişlərdə görürəm. Sanki qonağı bilərəkdən dəvət edib ki, ona artıq-əskik suallar verib, çaşdırsın. Televiziyada qüsurları ört-basdır edərlər, açıb millətə göstərməzlər. Efirlərdə sanki robotlaşma gedir. Başa düşürəm ki, əksər hallarda suflyordan oxuyurlar, onu sən cümlələri seçib, təbii sözlərlə də deyə bilərsən də. Yaxud da tamaşaçıya təbii çatdıra bilərsən. Elə danışmalısan ki, elə bil ki, qohumunla danışırsan. Tamaşaçı saxta və təbii insanı elə gözəl ayırd edir ki. İndi heç kimi aldatmaq mümkün deyil. O mavi qutu hər şeyi olduğu kimi göstərir”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, diktor Ofeliya Sənani deyib.
O daha sonra həmkarı, uzun illərin diktoru, əməkdar artist Tamilla Ələkbərovanın diqqətdən kənarda qalması ilə bağlı söylədiklərinə bunları əlavə edib:
 
“Tamilla xanım çox pis vaxta düşdü. Bizdən 10 il sonra o yaşa gəlib çatdı. O zaman da artıq sədrimiz dəyişdi. Başqa adamlar gəldilər. Onlar nə bilirdilər ki, Tamilla xanım keçmişdə nə əziyyət çəkib, kimdir o? Tamilla xanım sədrin diqqətindən kənarda qaldı. Tamilla xanım da soyuqluğu hiss edib işdən çıxdı. Tamilla xanımın şikayəti əsaslıdır, onunla razıyam, düz deyir. Ona da nəsə verilməli idi. Tamilla xanım çox gözəl, möhkəm diktor olub. Səsi də gözəl idi, özü də səliqəli idi. Ailəsinə bağlı olub, övladlarını çox istəyib. Bizim kimi dublyaja getmək istəyəndə qapını qıfıllayıb övladlarını içəridə qoymayıb. Mən o qədər qapını bağlayıb getmişəm ki. Demişəm ki, gedirəm 1 saata qayıdıb gələcəm. Nə 1 saat? 1 saat bir neçə saat çəkib” deyə xalq artisti bildirib.
Link kopyalandı!
Son xəbərlər