Cüdoçularımız beynəlxalq turniri 7 medalla başa vurub - FOTO
220
08:53, Bu gün

Cüdoçularımız beynəlxalq turniri 7 medalla başa vurub - FOTO

Perunun paytaxtı Limada keçirilən cüdo üzrə Qran-Pri turniri başa çatıb.
 
Moderator.az xəbər verir ki, son yarış günündə daha 2 cüdoçumuz fəxri kürsüdə yer alıb.
 
-90 kq çəki dərəcəsində tatamiyə çıxan Murad Fətiyev beş aylıq fasilədən sonra qayıdışını gümüş medalla qeyd edib. Ən ağırların mübarizəsində isə Kənan Nəsibov (+100 kq) bürünc medala sahib çıxıb. Bu, 21 yaşlı cüdoçumuzun Dünya Turu Seriyasında qazandığı ilk medal kimi əlamətdar olub.
 
Beləliklə, milli komandamız beynəlxalq turniri 7 medalla tamamlayıb. Daha əvvəl Əhməd Yusifov (-60 kq) gümüş, Rəşad Yelkiyev, Ruslan Paşayev (hər ikisi -66 kq), Ömər Rəcəbli (-81 kq) və Könül Əliyeva (-48 kq) bürünc medal qazanıblar.
Link kopyalandı!
Son xəbərlər