Bu bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlandı - FOTO
224
11:18, Bu gün

Bu bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlandı - FOTO

Nəzarət tədbirləri çərçivəsində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən ümumi sayı 1011 ədəd olmaqla “Sun Drops daxilə qəbul üçün məhlul-damcı 30 ml” əmtəə nişanlı bioloji aktiv qida məhsulu partiyasından nümunələr götürülüb.
 
Moderator.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.
 
Bildirilib ki, məhsul "NES Group” MMC-nin İtalyadan idxal etdiyi, “İnalme s.r.l” müəssisəsinin istehsalı olub.
 
Müayinələr nəticəsində məhsul partiyasının normativ sənədlərin tələblərinə cavab vermədiyi aşkarlanıb.
 
Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.
Link kopyalandı!
Son xəbərlər