“Həyat yoldaşım deyir ki, bir tikə belə böyüsən səni boşayacam” - FOTO+ÖZƏL
724
09:35, Bu gün

“Həyat yoldaşım deyir ki, bir tikə belə böyüsən səni boşayacam” - FOTO+ÖZƏL

“Mənim boyum hazırda 1 metr 34 santıdır. Uşaqlıqda hardasa cüzi fərq edirdi. Bu baxımdan bəzi maneələr var idi. Hazırda isə nə kompleks yaşayıram, nə də çətinlik çəkirəm. Birinci sinfə gedəndə, bütün sinif uşaqları cərgədə dayanırdılar. Onlar mənə sonra zaraftaca deyirdilər ki, “sən sırada olanda çantadan başqa heç nə görünmür”. Hər kəsdən fərqlənirdim. Vaxtilə həkimə də müraciət etmişik, deyiblər ki, mümkün deyil. Valideynlərim bundan sonra xəstəliyimin üstünə düşməyiblər. Nəinki ailədə, nəsildə bəstəboyluq təkcə məndədir. Mən bunu qətiyyən utanc yaxud da böyük kompleks kimi düşünmürəm. İlk növbədə adamın ağlı başında olmalıdır. Boy önəm daşımır”.
 
Bunu Moderator.az-a açıqlamasında aktyor Riyad Sultanov deyib.
O daha sonra əlavə edib:
 
“Əslində indiki mühit mənim yeniyətmə illərimlə üst-üstə düşsəydi, mən heç vaxt kompleksdən çıxmazdım. Fikrimi belə izah edim. Misal üçün, mən ilk günü gedirəm məktəbə 1-ci sinfə. Əksəriyət məni ilk dəfə görür, hərədə bir reaksiya. Və əgər hansısa uşaq, deyək ki, uşaqlıq edib və barmağın mənə tərəf uzadırdısa, ən azından valideyn öz uşağının əlini aşağı salıb, deyərdi ki, “Olmaz!” İndi isə, əksinədir… Valideyn uşağın diqqətini yönəldir və kim uşaq, kim böyük artıq bilinmir” deyə aktyor bildirib.
 
Riyad Sultanov bildirib ki, bütün komplekslərini aktyor sənətində qazandığı uğurlarla geridə qoyub:
“Mən düşünürəm ki, aktyor kimi bir çoxundan fərqliyəm. Aktyor olmaq uşaqlıqdan arzum olub. Səmimi etiraf edim. Hələ ibtidai sinif şaqirdi olan zaman, bəzi insanları parodiya edirdim. Mənə 1 nəfər ya 20 nəfər baxsaydı, gözlərindən yaş gələnə kimi gülərdilər. Sırf bunu məndə gördükdən sonra, ailə üzvlərim deyərdi ki, bu gərək artist olsun. O zaman nədənsə artist sözü, aktyordan daha dəbdə idi. Bir çox rollarım olub və istər boyuma görə, istərsə də xarakterik obrazlara görə uğur qazanmışam. Boy mənə heç vaxt əngəl yaratmayıb. Ətrafımdakı insanlar da mənə dəstək olurlar. Həyat yoldaşım deyir ki, “bir tikə belə böyüsən, səni boşayacam” deyə aktyor bildirib.
Link kopyalandı!
Son xəbərlər