Sahibə Qafarova Pakistana işgüzar səfərə getdi - FOTO
386
09:25, Bu gün

Sahibə Qafarova Pakistana işgüzar səfərə getdi - FOTO

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin Üçüncü Üçtərəfli Görüşündə iştirak etmək üçün Pakistana işgüzar səfərə gedib.
 
Moderator.az xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
 
Bildirilib ki, İslamabad beynəlxalq hava limanında Milli Məclisin sədrini Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov və digər rəsmi şəxslər qarşılayıblar.
Link kopyalandı!
Son xəbərlər