531
05:52, Bu gün

"Apple" şirkəti video tətbiqini bağladı

"Apple" şirkəti "Clips" adlı videoredaktorunu bağlayıb.

Moderator.az bu barədə "The Verge" nəşrinə istinadən xəbər verir.

Tətbiq "App Store"dan çıxarılıb, "Apple"ın texniki dəstək səhifəsində isə göstərilir ki, "Clips" artıq inkişaf etdirilmir və 2025-ci il oktyabrın 10-dan etibarən yeni istifadəçilər üçün əlçatan deyil.

Xatırladaq ki, "Clips" 2017-ci ildə istifadəyə verilmişdi. Tətbiq musiqi, filtrlər və yazılarla qısa video yaratmaq üçün nəzərdə tutulmuşdu.

 
Link kopyalandı!
Son xəbərlər