Günəşdən gələn plazma axını Yeri bürüdü
597
19:07, Bu gün

Günəşdən gələn plazma axını Yeri bürüdü

Günəşdən hasil olan plazma axını Yeri bürüyüb.

Moderator.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının "Telegram" kanalında məlumat verilib.

Məlumata görə, planet artıq plazma axınının içərisindədir. Hadisələrin necə cərəyan etməsindən asılı olaraq, maqnit qasırğalarının başlaması barədə xəbərdarlıq verilə bilər.

Qeyd olunub ki, hesablamalara görə, oktyabrın 13-də günəş küləyinin həddindən artıq sürətli olacağı gözlənilir.

Link kopyalandı!
Son xəbərlər