735
15:05, Bu gün

"Raketlərimiz nə qədər uzağa çatsa, sülh bir o qədər tez gələr" - Zelenski

 
"Putin enerji böhranı qarşısında riskli addımlar ata bilər..."
 
Ukrayna prezidenti Vladimir Zelenski Qərbə ünvanladığı yeni müraciətində uzaqmənzilli raketlərin əhəmiyyətini xüsusi vurğulayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "nv.ua"  nəşri yazıb.
 
Onun sözlərinə görə, Ukraynanın hələ tam həyata keçirmədiyi potensial imkanlar mövcuddur və Qərb bu silahların verilməsi ilə müharibənin dinamikasını dəyişə bilər.
 
Zelenski bildirir ki, Rusiya dərin arxa cəbhədə təhlükəsizlik hissini itirməyə başlayıb və məhz bu, danışıqlar masasına aparacaq yeganə real yoldur. O, həmçinin qeyd edir ki, Ukrayna artıq bir sıra strateji hədəfləri vurmaq gücünə malikdir, lakin tam dönüş nöqtəsi üçün Qərbin "siyasi qərarı" lazımdır.
 
"Rusiyanın neft böhranı fonunda Putin eskalasiyaya gedə bilər"
Britaniyanın "The Telegraph" nəşri yazır ki, Ukraynın energetik infrastruktura endirdiyi zərbələr Rusiyanın neft emalı sistemində ciddi böhran yaradıb. Məqalədə qeyd olunur ki, Moskva bu təsirləri gizlətməyə çalışsa da, daxili bazarda təzyiq artır və bu, Putini daha sərt cavab addımlarına məcbur edə bilər.
 
Nəşr xəbərdarlıq edir ki, Kreml enerji sektorundakı itkiləri kompensasiya etmək üçün ya diplomatik eskalasiya xəttinə üstünlük verəcək, ya da cəbhədə tam gücü ilə yeni hücumlar təşkil edəcək. Bu isə Zelenskinin qeyd etdiyi uzaqmənzilli silahlarla bağlı məsələləri daha da aktuallaşdırır.
 
Məsələ yalnız silahda deyil, siyasi iradədədir
 
Beləliklə, müharibənin gedişini dəyişəcək əsas amil resurslar deyil, kimin ilk olaraq strateji təşəbbüsü əlinə alacağındadır. Ukrayna buna uzaqmənzilli zərbələrlə nail olmaq istəyir, Rusiya isə enerji böhranının yaratdığı təzyiqdən çıxmaq üçün riskli addımlar ata bilər.
Link kopyalandı!
Son xəbərlər