659
14:31, Bu gün

"Rusiya Ukraynaya hava hücumlarını gücləndirib, qarşıda bizi yeni sınaqlar gözləyir" - general Sırski

 
"Rusiya mülki infrstruktur üzərinə yeni fazaya başlayıb..."
 
Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski son bir ayda Rusiyanın hava hücumlarının 1,3 dəfə artdığını açıqlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "gordonua.ua" nəşri yazıb.
 
HHM-in  effektivliyi və teni təhlükələr
 
Sırskinin sözlərinə görə, hazırda Ukrayna hava hücumundan müdafiə sistemləri təxminən 74 faiz effektivliklə işləyir, lakin bu kifayət etmir - arxa cəbhədə energetika, logistika və kritik infrastrukturun daha ciddi şəkildə qorunması tələb olunur.
 
Sırski həmçinin qeyd edib ki, sentyabr ayında Rusiya ordusunun 28,5 min canlı qüvvəsi məhv edilib, Donetsk istiqamətində düşmənin hücum planları pozulub. Ukraynanın "DeepStrike" proqramı çərçivəsində isə Rusiya ərazisindəki hərbi-sənaye obyektlərinə 70 zərbə endirilib, neft emalı 21 faiz azalaraq ciddi ziyan görüb.
 
Energetiklərə qarşı zərbə: Çerniqovda faciə
 
10 oktyabr axşamı Çerniqov vilayətində energetiklərin xidməti avtomobili dronla vurulub. Yaralıları xilas etməyə çalışan zaman ikinci zərbə endirilib. İki nəfər ölüb, bir neçəsi yaralanıb.
 
"Черниговоблэнерго" şirkəti bildirib ki, bu, tammiqyaslı müharibə başlayandan bəri iş başında əməkdaşlarının öldürüldüyü ilk hadisədir. Həmin ərazidə yardım üçün gələn yanğınsöndürən briqadası da atəşə tutulub.
 
Ekspertlərin fikrincə, Rusiya Ukraynanı tam elektrik blokadasına salmağa çalışır. Lakin energetika şirkətlərinin rəhbərliyi əmindir ki, çətin olsa da, sistem tamamilə çökdürülə bilməyəcək.
 
Odessaya kütləvi hücum: On minlərlə ev işıqsız qalıb
 
11 oktyabr gecəsi Odessaya və ətraf yaşayış məntəqələrinə pilotsuz aparatlarla zərbələr endirilib. Nəticədə 44-dən çox yaşayış məntəqəsi işıqsız qalıb, daha sonra bu rəqəm 317 min ailəyə qədər yüksəlib. Otel-restoran kompleksi, çoxmərtəbəli yaşayış binaları və fərdi evlər zədələnib, 47 yaşlı bir qadın yaralanıb.
 
Səhər saatlarında enerji obyektlərinin bir hissəsi ehtiyat mənbələrdən qidalandırılıb, lakin 77 min ailə hələ də işıqsız olub. Energetiklər yalnız hərbi və xilasedici strukturlardan icazə aldıqdan sonra bərpa işlərinə başlaya biləcəklər.
 
Qışdan əvvəl əsas döyüş enerji uğrunda mübarizədir
 
Rusiya artıq yalnız cəbhədə deyil, mülki infrastrukturun dirənişini sındırmaq üçün sistemli şəkildə enerji obyektlərini hədəf alır. Ukrayna isə həm HHM sistemlərini gücləndirməyə, həm də energetika sahəsini döyüş şəraitinə uyğunlaşdırmağa çalışır. Sırski deyir: "Qarşıda yeni sınaqlar var". Bu sınaqlar tanklarla yox, elektrik generatorları və transformatorların döyüş davamlılığı ilə ölçüləcək.
Link kopyalandı!
Son xəbərlər