Kəlbəcər şəhərində ümumşəhər iməciliyi keçirilib - FOTO
577
14:26, Bu gün

Kəlbəcər şəhərində ümumşəhər iməciliyi keçirilib - FOTO

"Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsinin təşəbbüsü ilə Kəlbəcər şəhərində genişmiqyaslı ümumşəhər iməciliyi keçirilib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti" məlumat yayıb.
 
Məqsəd şəhər ərazisində təmizlik və abadlıq işlərinin aparılması, ekoloji mədəniyyətin təşviqi, eləcə də ictimai fəallığın artırılması olub. İməcilikdə "Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti"nin əməkdaşları, şəhər sakinləri, məktəblilər, eləcə də dövlət müəssisələrinin nümayəndələri iştirak ediblər.
 
İştirakçılar birgə formada şəhərin müxtəlif ərazilərində məişət tullantılarının yığışdırılması, yaşıllıq zolaqlarının abadlaşdırılması və küçələrin təmizlənməsi işlərini həyata keçiriblər. Bu təşəbbüs Kəlbəcərin ekoloji baxımdan sağlam mühitə çevrilməsi və şəhər sakinlərində təbiətə qayğılı münasibətin formalaşdırılmasına xidmət edir.
 
"Xidmət tərəfindən bu cür tədbirlər davamlı şəkildə həyata keçiriləcək və şəhərin abad, təmiz, yaşıl saxlanması üçün ictimai həmrəylik ön planda tutulacaq.
 
Birgə səylərimizlə Kəlbəcəri daha təmiz, daha abad edək!" - məlumatda qeyd edilib.
Link kopyalandı!
Son xəbərlər