Azərbaycan və Pakistan XİN başçıları telefonla danışdı - YENİLƏNİB + FOTO
552
15:48, Bu gün

Azərbaycan və Pakistan XİN başçıları telefonla danışdı - YENİLƏNİB + FOTO

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
 
Bu barədə Moderator.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
 
Qeyd edilir ki, telefon danışığı zamanı iki ölkə arasında mövcud və gələcək strateji tərəfdaşlıq əlaqələri, regional təhlükəsizlik, xüsusilə də Yaxın Şərqdə vəziyyət və Qəzzada atəşkəs barədə razılaşmadan irəli gələn məsələlər müzakirə olunub.
 
14:00
 
Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə telefon danışığı aparıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Pakistan XİN məlumat yayıb. Bildirilib ki, tərəflər Yaxın Şərqdəki və Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.
 
Nazirlər, eyni zamanda, ərəb-islam ölkələrinin regionda sülh və sabitliyin təşviqi istiqamətində daha geniş səyləri, eləcə də Misirin Şarm əl-Şeyx şəhərində keçiriləcək zirvə görüşü ilə bağlı fikir mübadiləsi aparıblar.

Link kopyalandı!
Son xəbərlər