Çində yağış altında işləyə bilən ilk insanabənzər robot hazırlanıb - FOTO
944
08:32, Bu gün

Çində yağış altında işləyə bilən ilk insanabənzər robot hazırlanıb - FOTO

Çində "DEEP Robotics DR02" indeksli insanabənzər robot təqdim edilib.
 
Oxu.az Technode.com saytına istinadən xəbər verir ki, robot öz sahəsində nəm, toz və aşağı temperaturdan qorunma funksiyası olan ilk modeldir.
 
"DEEP Robotics DR02" küçədə və yüksəkrütubətli daxili məkanlarda kommersiya məqsədləri üçün nəzərdə tutulub. Boyu 175 sm olan robotun elan edilmiş iş temperaturu aralığı -20°C-dən +55°C-dəkdir.
 
"DR02"in hərəkət sürəti 1,5 m/san təşkil edir, maksimal sürəti isə 4 m/saniyəyə çatır. Robot hündürlüyü 20 sm-dək olan pilləkənləri qalxa, çəkisi 20 kq-a qədər olan yükləri daşıya bilir.
 
Yeni məhsulun qiyməti hələ açıqlanmasa da, 40 000 dollara yaxın olacağı ehtimal edilir.
 
Link kopyalandı!
Son xəbərlər