Təzəbinə və Ballıca kəndlərinə növbəti köç oldu: Açarlar təqdim edildi - FOTOLAR
304
14:58, Bu gün

Təzəbinə və Ballıca kəndlərinə növbəti köç oldu: Açarlar təqdim edildi - FOTOLAR

Xocalının daha iki kəndinə növbəti köç olub, açarlar təqdim edilib
 
Oktyabrın 10-da Xocalı rayonunun Təzəbinə və Ballıca kəndlərinə növbəti köç prosesi baş tutub.
 
Moderator.az xəbər verir ki, bu gün Xocalının Təzəbinə kəndinə 126 nəfərdən ibarət 28 ailə, Ballıca kəndinə isə 15 ailə - yəni 53 nəfər köçürülüb. Hər iki kənddə sakinlərə mənzillərin açarları təqdim olunub. Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.
 
Qeyd edək ki, bu mərhələdə hər iki kəndə ümumilikdə 43 ailə qayıdıb.
Link kopyalandı!
Son xəbərlər