Dubaydan Bakıya brilyant qaşların qanunsuz gətirilməsinin qarşısı alınıb - FOTO
391
10:20, Bu gün

Dubaydan Bakıya brilyant qaşların qanunsuz gətirilməsinin qarşısı alınıb - FOTO

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi kompleks gömrük nəzarəti tədbirləri nəticəsində brilyant qaşların qanunsuz şəkildə gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
 
Moderator.az komitəyə istinadən xəbər verir ki, Dubay-Bakı aviareysi ilə gələn iki vətəndaşın əl yüklərinə baxış keçirilib. Yoxlama zamanı sərnişinlərdən birinə məxsus notbuk çantasındakı səsgücləndiricilərin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi ölçüsü 120,49 karat olan brilyant qaşlar, digər şəxsin çamadanından isə həmin qaşlar üçün sertifikatlar və sellofan paketlər aşkar edilib.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər