Daha 28 ailə doğma yurda qovuşdu - FOTOLAR
297
15:30, Bu gün

Daha 28 ailə doğma yurda qovuşdu - FOTOLAR

Oktyabrın 9-da doğma yurduna yola salınan köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb.
 
Moderator.az xəbər verir ki, bu mərhələdə köçürülən 112 nəfərdən ibarət 28 ailəyə mənzillərin açarları təqdim edilib.
 
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Vəngli kəndində daimi yaşayış üçün köçürülən ailələrə fərdi yaşayış evlərində mənzillər verilib.
Link kopyalandı!
Son xəbərlər