İsrail tərəfindən saxlanılan üç türkiyəli deputat Azərbaycana gətirilir - FOTO
375
14:50, Bu gün

İsrail tərəfindən saxlanılan üç türkiyəli deputat Azərbaycana gətirilir - FOTO

Azadlıq Donanmasında saxlanılan 3 türk millət vəkili Türkiyəyə qayıtmaq üçün təyyarə ilə Azərbaycana yola düşüb.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli öz "X" hesabında məlumat verib.
 
"İsrail tərəfindən saxlanılan üç millət vəkilimiz Türkiyəyə qayıtmaq üçün Azərbaycana yola düşüb. Digər vətəndaşlarımızın da sabah xüsusi reyslə ölkəmizə qayıtmasını təşkil etmək üçün səylərimizi davam etdiririk.
 
Bu uçuş uğurlu olarsa, qeyd olunan səfərlə üçüncü ölkə vətəndaşlarının da təxliyəsini gözləyirik", - deyə o paylaşımda bildirib.
Link kopyalandı!
Son xəbərlər