12 müəssisənin vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb olundu - FOTO
490
13:35, Bu gün

12 müəssisənin vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb olundu - FOTO

Bu ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən 14 keytrinq xidməti müəssisəsində yoxlama keçirilib, 12-sinin vəzifəli şəxsləri inzibati məsuliyyətə cəlb olunub.
 
Moderator.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, yoxlamalar zamanı çoxsaylı uyğunsuzluq faktları müəyyən edilib.
 
"Aşkar edilmiş əsas uyğunsuzluqlara müəssisənin qeydiyyata alınmadan fəaliyyət göstərməsi, mətbəxdə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmaması, texnoloji ardıcıllıq prinsipinə əməl olunmaması, xammal və hazır məhsulların üzərində etiket məlumatlarının olmaması, xammalların müşayiətedici sənədlərinin olmaması, yararlılıq müddəti bitmiş məhsulların mövcud olması, məhsulların saxlanma qaydalarına əməl olunmaması, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmaması, işçi heyətin ilkin və dövrü tibbi müayinədən keçməməsi daxildir.
 
Faktlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Nöqsan aşkarlanan 12 müəssisənin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub", - məlumatda bildirilib.
 
Link kopyalandı!
Son xəbərlər