“İlyas Əfəndiyevin bu səhvinə əsərdə olmasa da, tamaşada düzəliş etmək lazımdır” - FOTO+ÖZƏL
425
10:16, Bu gün

“İlyas Əfəndiyevin bu səhvinə əsərdə olmasa da, tamaşada düzəliş etmək lazımdır” - FOTO+ÖZƏL

“İlyas Əfəndiyev “Xurşidbanu Natəvan” əsərində yazır ki, Natavan əri ola-ola ərə gedib. Bu əlbəttə ki, ağ yalandır. Bu nədir belə? Belə bir şey olmayıb. Onun əri rəhmətə gedib, bir neçə ildən sonra o yenidən ailə həyatı qurub. İlyas Əfəndiyev bizim böyük və görkəmli dramaturqumuzdur. Mənə elə gəlir ki, o ona görə belə yazıb ki, insanlara maraqlı olsun, pyesi  çox oxunsun. Natavan ikinci dəfə mənim ulu babam Seyid Hüseynlə ailə həyatı qurub. Yalandan deyirdilər ki, o mehtər olub. Seyid Hüseyn Şuşada təhsil idarəsinin rəisi olub. Mənim babamın əlyazmaları var. Bütün mənim dediyim faktlar orada öz əksini tapıb, mən özümdən heç nə danışmıram”.
 
Bunu Moderator.az-a açıqlamasında Xurşidbanu Natəvanın kötücəsi Sevil Ağamirova deyib.
O daha sonra tamaşada səhvə düzəliş edilməsini istəyib:
 
“Çox istərdim ki, heç olmasa tamaşada dəyişiklik edilsin. Bilirəm ki, pyesdə dəyişdirmək artıq gecdir, amma tamaşada dəyişdirilə bilər. O vaxt qadının əri ola-ola o ailə həyatı qura bilərdi? İndi var belə şeylər. İndi bu kimi hadisələrə adi baxırlar. Natəvan xan nəslinin nümayəndəsi idi, nüfuzlu qadın şəxsiyyət idi. Mən Natəvan obrazına Amaliya Pənahovanın ifasında baxmışam. Möhtəşəm idi. Amaliya xanım həmin tamaşada ürəyini qoyub. Geyiləri də, səhnədəki qaməti də gözəl idi. Məleykə Əsədovanın oynadığı tamaşaya baxmamışam. O rol Amaliya xanıma yaraşırdı. Bəlkə Məleykə xanım da gözəl oynayıb? Bunu dəqiq deyə bilmərəm, çünki görməmişəm”, - deyə xan qızının kötücəsi bildirib.
Link kopyalandı!
Son xəbərlər