Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycan, İran, Rusiya və Qazaxıstan Hərbi Dəniz Qüvvələri Xəzər dənizində təhlükəsizliyi təmin etmək və əməkdaşlığı gücləndirmək məqsədilə strateji saziş imzalayıblar.
Moderator.az bu barədə IRNA-ya istinadla xəbər verir ki, sənədin imzalanması Sankt-Peterburqda (Rusiya) keçirilən Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanlarının iclası çərçivəsində baş tutub.
Sazişdə vurğulanır ki, heç bir xarici dövlət və ya regiondan kənar qüvvə Xəzər dənizinin daxili məsələlərinə müdaxilə etmək hüququna malik olmayacaq.
Həmçinin, sənəddə xüsusi olaraq bildirilib ki, Xəzər dənizinin təhlükəsizliyi yalnız beş sahilyanı dövlət - Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan tərəfindən təmin edilməlidir.