377
14:53, Bu gün

"Mercedes" ağaca çırpıldı - Sürücü öldü - FOTO

Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, Şabran rayonunun Şahnəzərli kəndi ərazisində “Mercedes” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü – Quba rayonunun Kələnov kənd sakini Elşən Rzabala oğlu Rzaquliyev hadisə yerində ölüb.
 
Deformasiyaya uğrayan avtomobildən sıxılmış vəziyyətdə qalan meyiti çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasetmə qrupu cəlb olunub.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər