“Namiq” yoxa çıxan “Makedon”-dan danışdı: “Ona “xalq artisti” verməmişdilər deyə hamıdan küsüb” - FOTO+ÖZƏL
835
09:05, Bu gün

“Namiq” yoxa çıxan “Makedon”-dan danışdı: “Ona “xalq artisti” verməmişdilər deyə hamıdan küsüb” - FOTO+ÖZƏL

“Mənim Aqil Ağacanovla heç bir əlaqəm yoxdur. Onunla sonuncu dəfə “Ötən günlər” verilişində görüşmüşdük. Ondan sonra heç görməmişəm. Pirşağıda yaşayır, kababçıdır. Biz ayrı-ayrı insanlarıq, dostluq etmirik. Deyilənə görə telefonlarını da dəyişib, ona zəng çatmır”.
 
Bunu Moderator.az-a açıqlamasında “Bizim Cəbiş müəllim” filmində Namiq rolunun ifaçısı Ziya Seyidbəyli deyib.
 
O daha sonra əlavə edib:
“Aqil ona “xalq artisti” verməmişdilər deyə hamıdan küsmüşdü. Məncə ona fəxri ad verməli deyildilər. Bir dəfə filmdə çəkilib də. Bu o demək deyil ki, ona fəxri ad verilməlidir. O hər şeydən narazıdır. Mənə fəxri ad versəydilər də qəbul etməzdim. Çünki ömrümdə bir dəfə filmə çəkilmişəm. Onu da atam yadigar olaraq çəkib. Həmçinin də Aqili. Mən ömür boyu dövlət qulluğunda işləmişəm. Bu gün mənə “artist” deyəndə xoşuma gəlmir. Bir dəfə çəkilməklə artist olmurlar ki”, - deyə sənətçi bildirib.
 
Moderator.az daha sonra Makedon rolunun ifaçısı Aqil Ağacanovla əlaqə saxlayıb. Lakin zəngimiz boşa çıxıb. Deyilənə görə uzun müddətdir ki, aktyorun telefonuna zəng çatmır. Aqil Ağacanov ötən il saytımıza verdiyi müsahibəsində narazılığını dilə gətirmişdi:
“Mən heç kimdən küsməmişəm, heç kimdən də inciməmişəm. Heç kimlə danışmıram, görüşmürəm. Xoşlamıram, sevmirəm. Televiziyalardan dəvət edirlər, imtina edirəm. Bu yaşımda lazım deyil ki, efirlərə çıxım. İki filmə çəkilmişəm, bəsimdir. Sadəcə olaraq aidiyyatı qurumlardan bu illər ərzində məni heç sayan, yada salan olmayıb. Nə nazirlik tərəfdən sayıblar, nə də kino işçiləri sayıb. Fəxri ad da vermədilər. Ona görə də mən onları tanımıram, heç tanımaq da istəmirəm” deyə aktyor bildirmişdi.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər