Lüks anlayışı mövzusunda söhbət açıldıqda, yemək həzzlərin siyahısında xüsusi yer tutur. Lakin elə yeməklər var ki, onlar təkcə qastronomiyanı deyil, həm də statusu ifadə edir.
Dünyanın ən bahalı naharı adi restoranlarda təqdim olunmur,, yalnız şefin şəxsi dəvəti ilə seçilmiş azsaylı insanlara açıqdır.
Menyunun bütün komponentləri dünyanın müxtəlif nöqtələrindən əl ilə toplanır və hər bir inqrediyent mənşəyi və ekoloji təmizliyinə görə xüsusi yoxlamadan keçir.
Yeməyin əsasını Yaponiyanın qapalı zonalarında yetişdirilən nadir dəniz məhsulları təşkil edir. Onların dadı adi məhsullardan fərqlidir və xüsusi hazırlıq tələb edir. Əsas yeməyə əlavə olunan ağ trüfel isə İtaliyanın Piyemonte bölgəsindən gətirilir. Onun qiyməti qramına görə qızıldan baha başa gəlir. Ət yalnız üzvi yemlərlə bəslənən heyvanların yetişdirildiyi xüsusi fermalardan gətirilir. Bütün yetişdirmə prosesi sıx nəzarətdə saxlanılır.
Desert üçün kakao dənələri əl ilə Ekvadorda yığılır, şokolad isə unikal fermentasiya üsulu ilə hazırlanır.İçkilər isə hər bir qonaq üçün fərdi seçilir. Menyuda yüz ildən artıq saxlanmış eksklüziv şərablar var. Onlar əl işi xrustal qədəhlərdə təqdim olunur.
Naharı müşayiət edən musiqi proqramı hər qonaq üçün ayrıca hazırlanır. Bu, konsepsiyanın əsas hissəsi tam atmosferə qərq olma təcrübəsini təmin edir.
Belə bir naharın qiyməti bir nəfər üçün 25 min dollardan çoxdur. Lakin pulunuz olsa belə, bu tədbirə yalnız şəxsi dəvət ilə qatılmaq mümkündür.
Şef-povar reseptləri açıqlamır və fotolar dərc edilmir. Bütün təəssüratlar yalnız qonaqların yaddaşında qalır.
İddialara görə, bu nahar sadəcə yemək deyil, bənzərsiz qastronomik hadisədir.
(Lent.az)