241
14:46, Bu gün

"Qorxusundan Bakıya gəlməyən Lyayen Prezident İlham Əliyevin masasından qalxmırdı" - MÜSAHİBƏ

Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.
 
Moderator.az həmin müsahibəni təqdim edir:
 
- Səməd müəllim, Kopenhagendə Prezident İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısı çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyətini necə xarakterizə etmək olar?
 
- Prezident İlham Əliyevin Danimarkanın Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirakı mühüm önəm kəsb edib. Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidentinə olan böyük hörmət, aparılan müzakirələr, ölkəmizə artan maraq diqqətdən yayına bilməzdi.
 
Sözsüz ki, bu Zirvə görüşü üç əsas məsələni gündəmə gətirib ki, bunlar gələcək Avropanın strukturunu, görüntüsünü, mövcudluğunu təmin edən məsələlərdir. İlk növbədə təhlükəsizlik məsələləri o dərəcədə qabarıqdır ki, bu hansısa ölkə və onun apardığı işlərlə bağlı deyil. Bu eyni zamanda ümumi olaraq Avropa üçün qlobal problemə çevrilib. Təhlükəsizlik məsələsində isə uğurlu nümunəni Azərbaycan nümayiş etdirdi. Azərbaycan məqsədlərinə müharibə və diplomatik yollarla çatması ilə yanaşı, başqa ölkələrin təhlükəsizliyinin (hərbi, enerji, mədəni) qorunmasını təmin etdi. Burada digər mühüm məsələ Moldovada keçirilən prezident seçkiləri və onun nəticələri ilə bağlıdır.
 
 
Prezident İlham Əliyev də ilk görüşünü məhz Moldovanın yeni seçilən Prezidenti Maya Sandu ilə keçirdi. Ölkəmizin başçısı onu təbrik edərək bildirdi ki, siz xalqın seçimini müdafiə edə bildiniz. Bu isə o deməkdir ki, müstəqil istiqamətlərdən ciddi təsirlər olsa da siz öz maraqlarınızı müdafiə edə bildiniz. Çünki öz maraqlarını müdafiə etməyən dövlət başqa ölkələrin əlində alətə çevrilir.
 
- Azərbaycanın təşviq və təqdim etdiyi sülh və təhlükəsizlik formulu nədən ibarətdir?
 
- Dost və ya düşmən ölkə olmasından asılı olmayaraq, o özünün milli maraqlarını təmin edə bilmirsə, başqaları üçün alət olur. Bu nöqteyi-nəzərdən Azərbaycan nümunəsi, təcrübəsi özünü müsbət cəhətdən Moldovada da göstərdi. Bunu Avropada da çox gözəl bilirlər və görürlər.
 
 
Bu gün yalnız Ukrayna deyil, Avropa qitəsi təhlükə altındadır. Belə olan halda Avropa öz siyasətini elə formada qurmalıdır ki, onun öz daxilində birlik, real dialoq, ikili standartlardan kənar davranış olsun. Məhz yuxarıda sadaladığımız üç mühüm məsələnin içərisində Azərbaycan var. Ona görə də onlar heç də Zirvə görüşü başlayan kimi Azərbaycanı təbrik etmirdilər. Fransa Prezidenti Emmanuel Makron və hər zaman Azərbaycana qarşı qərəzli mövqeyi ilə seçilən Niderlandın Baş naziri indi ölkəmizin başçısı və nümayəndə heyəti ilə isti görüşlər keçirir.
 
 
- Baş verənlər Azərbaycana Avropa məkanında ənənəvi yanaşmaların dəyişməsi kimi də dəyərləndirilə bilərmi?
 
- Sözsüz ki, bunlar heç də elə-belə baş vermir. Onlar nəhayət başa düşdülər ki, Azərbaycanın yaratdığı reallıq və təklif etdiyi dəyərlər yalnız onun özünü yüksəltməyib. Bu dəyərlərdən, davranışdan, münasibətdən Avropanın özü də yararlana bilər. Azərbaycanla vaxtilə memoranduma imza atmış Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen daha sonra ehtiyyat edib, qorxub COP29-a gəlməmişdirsə, Kopenhagendə Prezident İlham Əliyevin oturduğu masada əyləşib ölkəmizi təbrik edirdi.
 
 
- Ümumiyyətlə Avropa Siyasi Birliyinin bu cür toplantılarının keçirilməsinə nə zərurət var idi?
 
- Təbii ki, bu təşəbbüs Avropada mövcud olan təşkilatların iflis vəziyyətə düşməsindən irəli gəlir. Yəni, faktiki olaraq Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və bu qitəyə aid olan digər təşkilatlar Avropanın yeni çağırışlarana cavab verə bilmədi. Ona görə də belə bir birliyə ehtiyac yarandı. Bu mənada yeni davranış, təhlükəsizlik sistemi, milli maraqları qoruyan, Ümumavropa Birliyinə böyük töhvələr verən Azərbaycan ən yüksək səviyyədə qarşılandı.
Link kopyalandı!
Son xəbərlər