FIFA 2026-cı il dünya çempionatının rəsmi oyun topunu təqdim etdi - FOTO
128
12:00, Bu gün

FIFA 2026-cı il dünya çempionatının rəsmi oyun topunu təqdim etdi - FOTO

Beynəlxalq Futbol Federasiyası (FIFA) 2026-cı il dünya çempionatının rəsmi oyun topunu təqdim edib. Müsabiqə üç ölkədə keçiriləcək: ABŞ, Kanada və Meksika.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə Championat.com nəşri məlumat verib.
 
Məlumata görə, dizaynda ev sahibi ölkələri simvolizə edən üç rəngdən - qırmızı, mavi və yaşıl - istifadə edilib. Top TRIONDA adlandırılıb.
 
2026-cı il dünya çempionatında 48 milli komanda iştirak edəcək. Qruplarda ilk iki yeri tutan komandalar, eləcə də üçüncü yerdə qərarlaşan səkkiz ən yaxşı komanda dünya birinciliyinin pley-off mərhələsinə yüksələcək.
Link kopyalandı!
Son xəbərlər