“3 ildir ki, Rəhimin mahnılarını qaytarmır, bütün günü ağlayıram” - ÖZƏL+FOTO
487
11:40, Bu gün

“3 ildir ki, Rəhimin mahnılarını qaytarmır, bütün günü ağlayıram” - ÖZƏL+FOTO

“Rəhimin dünyasını dəyişdiyi gündür. Oğlumun ruhu şad olsun. Bu itkinin ağrısı ömür boyu məni göynədəcək. Mənə zəng etməsələr də bilirəm ki, məzarı üstünə gedənlər olub. İstər sənət yoldaşları, istərsə də fanatları. Ümumiyyətlə fanatları tez-tez məzarını ziyarət edirlər. Bəzən gedəndə görürük ki, bizdən əvvəl gəliblər, təmizləyiblər, gül dəstələri qoyublar. Rəhimsiz yaşamaq mənə çox çətindir. Allah heç kəsə bala dağı göstərməsin. Rəhim mənə deyirdi ki, “ana, təsəvvür belə edə bilmirəm ki, bir gün sən olmayacaqsan”. Rəhimdən sonra bütün günüm ağlamaqla keçir”.
 
Bunu Moderator.az-a açıqlamasında mərhum müğənni Rəhim Rəhimlinin anası Firəngiz Rəhimova deyib.
O daha sonra oğlunun mahnılarının həmkarı Nadir Nəğdpulda olduğunu bildirib:
 
“Rəhim mahnılarının bir çoxunu Nadir Nəğdpulla birlikdə aranjiman edirdi. Hələ də Nadirdə qalıb. Nadirin kompyuterindədir. Mahnıların aqibətindən xəbərimiz yoxdur. Deyirdi ki, kompyuterim xarab olub. Onları bizə vermək nə böyük işdir ki? 3 ildir ki, mahnılar ondadır”.
 
Firəngiz xanım oğlunun bütün geyimlərini payladığını bildirib:
 
“Rəhim bütün geyimlərini, şlyapalarını, aksesuarlarının hamısını payladım. Niyam Salamiyə də, başqa sənət yoldaşlarına da hədiyyə etdim. Mənə balam lazımdır, neynirəm paltarlarını? Rəhimdən sonra onları saxlamaq mənə əzab verirdi”, - deyə mərhum müğənninin anası bildirib.
Link kopyalandı!
Son xəbərlər