Kür çayında DİN-in katerləri fasiləsiz xidmət aparır - FOTO
129
11:11, Bu gün

Kür çayında DİN-in katerləri fasiləsiz xidmət aparır - FOTO

III MDB oyunları ilə əlaqədar Kür çayında DİN-in katerləri fasiləsiz xidmət aparır.
 
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə, III MDB Oyunları çərçivəsində Mingəçevir şəhərində keçiriləcək avarçəkmə yarışlarında təhlükəsizliyin yüksək səviyyədə təmin olunması məqsədilə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Kür çayında gücləndirilmiş xidmət təşkil olunub.
 
Xidmətə əlavə katerlər və canlı qüvvə cəlb edilib. Polis əməkdaşları su hövzəsində ictimai asayişin qorunması, hər hansı hüquqazidd əməllərin qarşısının vaxtında alınması, eləcə də köməyə ehtiyacı olan şəxslərə operativ yardım göstərilməsi istiqamətində fasiləsiz rejimdə fəaliyyət göstərirlər.
Link kopyalandı!
Son xəbərlər