Məhkəmə-Hüquq Şurasının iclası keçirildi -xa0FOTO
1622
01 Oct 2025 | 10:31

Məhkəmə-Hüquq Şurasının iclası keçirildi -xa0FOTO

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
 
Şuradan Moderator.az-a verilən xəbərə görə, iclasda çıxış edən Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov məhkəmə-hüquq sahəsində aparılan islahatlar, ədalət mühakiməsinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi istiqamətində görülmüş işlər və hazırda icraatda olan layihələr barədə məlumat verib.
 
İclasda “Hakimlərin fəaliyyətinin qiymətləndirilməsi qaydaları və metodologiyası” və “Azərbaycan Respublikası məhkəmələri tərəfindən xüsusi məlumatların verilməsi Qaydaları” layihələri ətrafında müzakirələr aparılıb və təsdiq edilib. “Hakimlərin təlim-tədris prosesinin təşkili üzrə İşçi Qrup”un yaradılması qərara alınıb.
 
Eyni zamanda intizam icraatlarının başlanılması və kadr məsələri ilə bağlı müvafiq qərarlar da qəbul edilib.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər