Cənubi Afrika səfiri Parisdə yoxa çıxdı - FOTO
328
15:00, Bu gün

Cənubi Afrika səfiri Parisdə yoxa çıxdı - FOTO

Cənubi Afrika Respublikasının Fransadakı səfiri Nkosinati Emmanuel Mtxetva Parisdə yoxa çıxıb və itkin düşmüş elan olunub.
 
Bu barədə "Actu17" portalı polisdəki mənbəyə istinadən məlumat verib.
 
Məlumata görə, 58 yaşlı diplomatla sentyabrın 29-da günorta saatlarından sonra əlaqə qurmaq mümkün olmayıb. Səfirliyin təhlükəsizlik xidməti yalnız həmin axşam hüquq-mühafizə orqanları bununla bağlı məlumatlandırıb. Polis səfirin yaxınlarını dindirərək, araşdırmalara başlayıb.
 
Cənubi Afrika səfirliyi Orse sahilində, Parisin 7-ci dairəsindəki Fransa Xarici İşlər Nazirliyinin iqamətgahının yaxınlığında yerləşir. Portalın məlumatına görə, Mtxetvanın telefonu sonuncu dəfə paytaxtın qərbindəki 16-cı dairədə rayonda lokalizə edilib. İstintaq diplomatın yoxa çıxması ilə bağlı müxtəlif versiyaları araşdırır.
 
Mtxetva 2024-cü ilin fevralında Cənubi Afrikanın Fransadakı səfiri təyin edilib. 2009-2014-cü illərdə o, polis işləri üzrə nazir vəzifəsində çalışıb, daha sonra idman, incəsənət və mədəniyyət naziri kimi fəaliyyət göstərib. /Oxu.az/
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər