Bizi sosial şəbəkələrdən izləyin:
Sentyabrın 30-da Azərbaycanın Baş naziri Əli Əsədov MDB Hökumət Başçıları Şurası üzvlərinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə iştirak edib.
Moderator.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Belarus Prezidenti MDB Hökumət Başçıları Şurası üzvlərini salamlayıb.
Görüşdə çıxış edən Əli Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını Aleksandr Lukaşenkoya çatdırıb.
Baş nazir, həmçinin Azərbaycan-Belarus iqtisadi əməkdaşlığının ikitərəfli gündəliyinə daxil olan məsələlərə toxunub.