281
11:00, Bu gün

"Barselona" klubu Niko Uilyamsın transferi barədə açıqlama verdi - FOTO

"Barselona"nın idman direktoru Deku "Atletik"in cinah hücumçusu Niko Uilyamsın reallaşmayan transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Onun sözlərinə görə, Kataloniya klubu futbolçu ilə maraqlanmayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat paylaşıb.
 
Mənbə bildirib ki, Deku heç vaxt Niko Uilyamsı transfer üçün təqib etmədiklərini deyib.
 
"Onun agenti bir neçə dəfə özü bizə müraciət edib, biz isə təşəbbüs göstərməmişik. "Atletik" bu barədə onun agentindən soruşsun. Üstəlik, o bizim axtardığımız profilə tam uyğun gəlmirdi. Sadəcə dinləmək kifayət idi.
 
Biz klub üçün şərtləri özümüz müəyyən etmişdik. Əgər danışıqlar davam etsəydi, kağız üzərinə keçməliydi. Amma biz açıq şəkildə bildirdik ki, onların təklif etdiyi şərtləri qəbul etməyəcəyik, çünki "Barselona"da heç bir oyunçu kluba şərt diktə edə bilməz", - deyə Deku qeyd edib.

 

Qeyd edək ki, cari mövsümdə Niko Uilyams La Liqada üç matçda meydana çıxıb, bir qol vurub və bir məhsuldar ötürmə edib. Hazırda o, aldığı zədədən bərpa olunur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər