Bir mövsümdə neçə dəfə xəstələnmək normaldır?
247
10:55, Bu gün

Bir mövsümdə neçə dəfə xəstələnmək normaldır?

“Mövsüm ərzində bu tip xəstəliklər təkrarlanır. Bu ona görə baş verir ki, hər mövsümdə qripin 3-4 ayrı-ayrı ştamı və bir neçə kəskin respirator virus infeksiyaları dövr edir”.
 
Moderator.az xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.
 
 
Onun sözlərinə görə, hansısa bir virus infeksiyasını keçirdikdən sonra orqanizmdə həmin törədicinin məhz keçirilmiş ştamına qarşı müxtəlif müddətli və müxtəlif güclü immunitet formalaşır:
 
“Bu immunitet insanı həmin infeksiyanın digər ştamlarından və digər infeksiyalardan qorumur. Ümumiyyətlə payız-qış mövsümündə hər bir sağlam insanın 2-3 dəfə bu cür infeksiyalara tutulması və onladan fəsadsız sağalması normal hal kimi qəbul olunur. Qrip və digər kəskin respirator infeksiyalardan sonra ümumi zəiflik, tez yorulma, iş qabiliyyətinin tam bərpa olmaması, yuxunun pozulması, yaddaşın zəifləməsi, diqqətin yayğın olması, baş ağrıları və s. kimi astenizasiya əlamətləri rast gəlinir. Bu hallarda asteniya əlamətlərinin davam müddəti bir neçə faktordan asılı olaraq dəyişə bilər. Əksər hallarda astenizasiya xəstəlikdən sonrakı 1-2 həftə ərzində davam edir. Lakin keçirilmiş infeksiyanın ağırlığından, fəsadların olub-olmamasından (məsələn, pnevmoniya, bronxit və s.), pasiyentin yaşından (uşaq, ahıl şəxs), onun əziyyət çəkdiyi xroniki xəstəliklərdən (birinci növbədə tənəffüs orqanlarının, sinir sisteminin və s.), onun fərdi xüsusiyyətlərindən, immun sisteminin vəziyyətindən və s. asılı olaraq bərpa dövrü daha uzun ola bilər”.
 
T.Eyvazov qeyd edib ki, əgər bu əlamətlər 2 aydan çox davam edərsə, bu hal xroniki yorğunluq sindromu adlanır və həkimə müraciət olunmasını tövsiyə olunur:
 
“Astenizasiyanın tez ötüb keçməsi üçün açıq havada gəzintilər, kifayət qədər istirahət və yuxu, vitaminli-mineral tərkibli, zülallarla zəngin qidalanma, siqaret çəkmək və alkohol qəbulu kimi zərərli vərdişlərdən imtina, stres və emosional gərginliklərdən mümkün qədər yayınmaq məsləhət görülür”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər