İran XİN:
188
10:40, Bu gün

İran XİN: "BMT Təhlükəsizlik Şurasının qətnaməsi ləğv olunmuş hesab edilməlidir"

İran xarici işlər naziri Abbas Əraqçı Nyu-Yorka səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə görüşüb.
 
Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.
 
Görüş zamanı Əraqçı bildirib ki, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddəaları oktyabrın 18-də qüvvəsini itirəcək və həmin tarixdən etibarən sənəd ləğv olunmuş hesab edilməlidir.
 
Abbas Əraqçı ABŞ və Avropa üçlüyünün bu qətnamə çərçivəsində hərəkətlərini "qanunsuz" adlandırıb və BMT baş katibindən iranlı diplomatlara qarşı qoyulan məhdudiyyətlərin aradan qaldırılması üçün konkret tədbirlərin görülməsini tələb edib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər