“Cabir bundan əvvəl də infarkt keçirmişdi, ona idman olmazdı” - FOTO+ÖZƏL
1583
10:25, Bu gün

“Cabir bundan əvvəl də infarkt keçirmişdi, ona idman olmazdı” - FOTO+ÖZƏL

“Müalicə almalıyam, amma xəstəxanaya getməyə nə həvəsim var, nə də halım. Dublyajlardan da, digər işlərimdən də imtina etmişəm. Qətiyyən getmirəm. Bu ilə qədər gedirdim. Təbii ki, qərarı vermək çox çətin oldu. Mən uşaqlar üçün verilişi elə sevirdim ki// Özüm də uşaqlaşırdım orada. Gördüm ki, səhhətim yol vermir, gücüm olmur, səsim zarıyır. Həm də heç kimi pis vəziyyətdə qoymaq istəmirdim. Dedim ki, başqa adam çağırın. Hətta sədr dedi ki, “Ofeliya xanım, sizin üçün bəlkə maşın göndərək?”. Mən onsuz da maşınsız getmirdim ki. Qonşumuzun oğluna pul verirdim, o məni aparırdı”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, tanınmış diktor Ofeliya Sənani deyib.
O daha sonra infarktdan dünyasını dəyişən əməkdar artist Cabir İmanovdan danışıb:
 
“Cabirin ölüm xəbərini televiziyada eşitdim. Əlim-ayağım qurudu. Çox pis oldum. Özü də idman zalında vəfat edib. İnfarkt keçirib çoxdan, amma o gərək idman etməzdi, ona olmazdı. Mən də bir neçə dəfə infarkt keçirmişəm. Ağır vəziyyətdə idim. Düzələndən sonra yenə də işimə gedib-gəlmişəm. Amma görürəm ki, artıq ürəyimin gücü çatmır. Mən ki, uşaqlar üçün verilişləri ürəklə oxuyurdum, studiyadan çıxandan sonra hiss edirdim ki, qüvvəm gedir. Hiss edirdim ki, ayağım arxamca gəlmir. Köhnə diktorlardan bir mən fəaliyyətdə idim. Mən də daha işləməyəcəm”, - deyə diktor bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər