Bizi sosial şəbəkələrdən izləyin:
Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna iki prorektor təyin edilib.
Rzayeva Adilə Cəlal qızı Təlim-tərbiyə işləri üzrə, Hüseynli Rüfət Akif oğlu Beynəlxalq əlaqələr üzrə prorektor təyin olunub.
Bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Adilə Rzayeva Bakı Dəmir Yolu Xəstəxanası baş həkimin müavini, ixtisasca stomatol olaq Rüfət Hüseynli isə Tibb Universitetinin ortopedik stomatologiya fakültəsinin dosentidir.
Xatırladaq ki, Nazim Pənahov 7 iyul 2025-ci il tarixli sərəncamla Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru təyin olunub. /Qaynarinfo/