Məhkumlara hüquqi yardım göstərildi - FOTOLAR
252
15:09, Bu gün

Məhkumlara hüquqi yardım göstərildi - FOTOLAR

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, "Konstitusiya və Suverenlik İli" çərçivəsində pulsuz hüquqi yardım və maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərin qəbulu davam edir.
 
Moderator.az xəbər verir ki, növbəti dəfə vəkillər tərəfindən 5 saylı cəzaçəkmə müəssisəsində və Lənkəran penitensiar müəssisəsində cəza çəkən ümumilikdə 75-ə yaxın məhkumun müraciəti dinlənilib.
 
Onlara müxtəlif hüquqi məsələlər ətrafında geniş izahat verilib, sualları cavablandırılıb.
Link kopyalandı!
Son xəbərlər