1079
14:04, Bu gün

"Tramp Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə icazə verib" - Kit Kelloq

 
"Tomahawk" raketlərinin Kiyevə verilməsi məsələsi müzakirə olunur..."
 
ABŞ rəhbərliyində mövqelər sərtləşir: Kelloq Trampın uzaqmənzilli zərbələrə icazə verdiyini, vitse-prezident Vens isə "Tomahawk"ların Ukraynaya verilməsinin müzakirə olunduğunu bildirib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Fox News" nəşri məlumat yayıb.
 
Tramp Ukraynaya Rusiyanın dərinliklərinə zərbələrə icazə verib
 
ABŞ-ın Ukrayna üzrə xüsusi elçisi Kit Kelloq "Fox News"a verdiyi müsahibədə bildirib ki, prezident Donald Tramp Ukraynaya Rusiyanın dərinliyinə uzaqmənzilli silahlarla zərbə endirməyə icazə verib.
 
Kelloq həmçinin vurğulayıb ki, bu qərarı Tramp administrasiyasından olan digər rəsmilər də dəstəkləyir və "uzaq məsafədən zərbələr imkanından istifadə edin" mesajı verilib. O, eyni zamanda qeyd edib ki, bəzi hallarda Pentaqon Ukraynaya belə hücumlara icazə verməyib. 
 
"Tomahawk" barədə müzakirələr gedir - qərarı Tramp verəcək
ABŞ-ın vitse-prezidenti Cey Di Vens "Fox News" efirində bəyan edib ki, Ağ Ev Ukraynaya 2 500 km-ə qədər uçuş məsafəsi olan "Tomahawk" qanadlı raketlərinin verilməsi məsələsini nəzərdən keçirir və bu barədə müzakirələr "indi gedir".
 
Vens xatırladıb ki, bu tip məsələdə son qərarı prezident verəcək və o, ABŞ maraqlarını əsas götürərək qərar qəbul edəcək. Qeyd edək ki, "Tomahawk" ABŞ istehsalı olan uzaqmənzilli qanadlı raketlərdir, dəniz və torpaqdan istifadəyə uyğun variantları var və müxtəlif tip başlıqlar daşıya bilər.
 
Tramp Zelenskiyə bu ideyaya açıq olduğunu deyib
 
"The Wall Street Journal" nəşrinin məlumatına görə, Tramp Ukrayna prezidentinə ABŞ-silahlarının Rusiyanın ərazisinə zərbə endirməsinə qoyulmuş qadağanı götürməyə hazır olduğunu bildirib.
 
Mənbələrə görə, Tramp bu fikrə qarşı olmadığını desə də, hələlik bu qadağanı rəsmi şəkildə aradan qaldıracağına dair öhdəlik götürməyib. Bu xəbər uzaqmənzilli silahlar və ABŞ-ın Ukraynaya dəstək strategiyasındakı mümkün dönüş kimi qiymətləndirilir.
Link kopyalandı!
Son xəbərlər