Bizi sosial şəbəkələrdən izləyin:
Gəncə stadionu UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilib.
Moderator.az xəbər verir ki, ərazisi 10 hektardan çox olan stadionun tamaşaçı tutumu 15 min 343 nəfərdir. Burada AFFA tərəfindən köməkçi məşq meydançaları və futbol akademiyasının binası da tikilib. Stadionda futbolçular üçün soyunub-geyinmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqlar və digər zəruri sahələr yaradılıb. UEFA-nın 4-cü kateqoriya standartlarına uyğun inşa edilən arena müasir işıqlandırma, səs, yayım, internet, təhlükəsizlik sistemləri ilə təchiz olunub.
Qeyd edək ki, Stadionunda lll MDB oyunlarının açılış mərasimi keçirilib.