AQTA bu sahibkarlara xəbərdarlıq etdi - FOTOLAR
296
10:30, Bu gün

AQTA bu sahibkarlara xəbərdarlıq etdi - FOTOLAR

Xurma, nar, pomidor və digər məhsulların ixracı ilə bağlı mövsümə hazırlıq işləri artıq bir neçə aydır ki, davam edir. Azərbaycan məhsullarının xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması istiqamətində işlər aparılmaqdadır. 
 
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Moderator.az-a verilən məlumata görə, bitkiçilik məhsullarının ixracı zamanı beynəlxalq ticarət vasitəsilə karantin zərərvericilərinin yayılmasının qarşısının alması ilə bağlı “Bitki mühafizəsi haqqında” Beynəlxalq Konvensiyadan irəli gələrək təsdiq edilmiş Beynəlxalq Standartların, həmçinin idxalçı ölkələrin qablaşdırma və etiket tələblərinə ciddi riayət edilməlidir. 
 
Qeyd edək ki, bitkiçilik məhsullarının daşınmasında istifadə olunan meşə materiallarından hazırlanan altlıqlar və qablaşdırma materialları beynəlxalq standartların tələblərinə uyğun formada işlənməli, eləcə də məhsulların etiketlənməsi idxalçı ölkənin tələblərinə uyğun həyata keçirilməli, zəruri məlumatlar yerləşdirilməlidir. Həmçinin bu məlumatlar taraların üzərində beynəlxalq standartların tələblərə uyğun olaraq dayanıqlı, oxunaqlı və möhkəm olmalıdır.  Ənənəvi qablaşdırmadan müasir qablaşdırmaya keçid və beynəlxalq standartlara uyğun olaraq qablaşdırma növlərindən istifadə gələcəkdə ixrac potensialının və məhsulların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması ilə yanaşı, onların daşınması, saxlanması və etiketlənməsi zamanı beynəlxalq standartların və idxalçı ölkələrin tələblərinə riayət edilməsinə gətirib çıxarır. 
 
Odur ki, bitkiçilik məhsullarının idxalçı ölkələrin etiketlənməyə və qablaşdırma materiallarına dair, bundan əlavə Beynəlxalq Standartların tələblərininə ciddi riayət edilməlidir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər