Britaniyada 90 animatronik dinozavrın olduğu park satılır - FOTO
164
09:06, Bu gün

Britaniyada 90 animatronik dinozavrın olduğu park satılır - FOTO

Böyük Britaniyanın Tenbi şəhərindəki dinozavrlar tematik parkı 4 milyon funt sterlinqə satışa çıxarılıb.
 
Oxu.az-ın "Luxury Property News" nəşrinə istinadən verdiyi məlumata görə, parkda 36 attraksion, kafe, suvenir mağazası, meşə cığırı və 90 animatronik dinozavr var.
 
Park 1994-cü ildə tikilib və ilk dəfə satışa çıxarılıb. Parkın hazırkı sahibləri təqaüdə çıxmaq qərarına gəliblər və hal-hazırda gəlirli biznesləri üçün yeni bir menecer axtarırlar.
 
Qeyd olunub ki, 2025-ci ilin mart ayında park 1 055 099 funt sterlinq gəlir əldə edib. Daşınmaz əmlak "Christie & Co" hərracında 3 999 950 funt sterlinqə satılır.
 
Hazırda park normal rejimdə işləyir və sahibləri parkın mülkiyyətçisi dəyişənə qədər onu idarə etməyi və yeni ziyarətçilər qəbul etməyi planlaşdırırlar.
 
Biletin qiyməti böyüklər üçün 17,95 funt sterlinq, 3-15 yaş arası uşaqlar üçün isə 16,50 funt sterlinqdir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər