Bizi sosial şəbəkələrdən izləyin:
Zelenski qızılı vaqondan istifadə edir
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Qərb liderləri Polşadan Kiyevə “sirli qatar”la gedirlər.
Moderator.az xəbər verir ki, Aif.ru saytı bu dəbdəbəli və sirli qatarla bağlı araşdırma dərc edib.
Bildirilir ki, Ukrayna hakimiyyəti münaqişə başlayandan sonra bu istiqamətdə dəmiryolunu adi sərnişinlər üçün bağlayıb. Qatarlar Polşadan yola düşür: liderlər əvvəl “Rzeszow-Jasionka” hava limanına gəlir, sonra qatarla Kiyevə yollanırlar. Ukrayna Dəmir Yolları şirkəti- “Ukrzaliznytsia” səfərlərin tam təhlükəsizliyini təmin edir və marşrutun təfərrüatları məxfi saxlanılır.
Əvvəllər kifayət qədər pulu olan hər kəs bu “təkərli otel”dən birini icarəyə götürə bilərdi. İndi isə bu qatar yalnız Qərb liderlərini Polşadan Kiyevə gətirir. Prezident Zelenski də özü Ukraynan dəmir yoluna məxsus bu vaqonlardan istifadə edir.

2023-cü ilin fevralında ABŞ-ın 46-cı prezidenti Co Bayden Kiyevə gözlənilməz səfəri zamanı isə Polşadan “PESA Bydgoszcz” şirkətinin qatarı ilə gəlib. Bildirilir ki, vaqon qonaq , iki yataq, mətbəx, iki vanna otaqları, eləcə də kondisioner və müasir elektron sistemlərlə təchiz olunub. İnteryer dizaynı Qdanskdakı Rəssamlıq Akademiyasının komandası tərəfindən hazırlanıb. 2023-cü ildə Baydenin səfərindən bir qədər əvvəl vaqonun interyerindəki köhnə dəbli xalçalar və qırmızı pərdələr çıxarılaraq bir qədər dəyişdirilib. QAtarın maksimal sürət 160 km/saatdır. Xüsusi vaqon rabitə və təhlükəsizlik üçün müasir elektronika, eləcə də sərnişinlərin mühafizəsi üçün zirehli elementlərlə doludur. Britaniyanın o vaxtkı baş naziri Boris Conson da yaxşı təchiz olunmuş mətbəxi olan vaqonda Kiyevə gedib. Fransa prezidenti Emmanuel Makron, Almaniyanın o zamankı kansleri Olaf Şolz və İtaliyanın sabiq baş naziri Mario Draqinin səfəri üçün tünd göy dizaynlı vaqon ayrılıbmış. Maraqlıdır ki, həmin vaqonda yalnız bir cüt çarpayı diqqət çəkib. İki il sonra, indi başqa siyasətçilərin - Merz (Almaniya) və Starmer (Böyük Britaniya) ilə birlikdə olan Makron daha az dəbdəbəli vaqonda Kiyevə gedib. Orada da yalnız bir kral çarpayısı olub. “Ukrzaliznitsia”nın 10 xüsusi vaqonu arasında qızılla örtülmüş salonu ilə xüsusi diqqəti cəlb edən biri var. 047-0007 nömrəli qatar-vaqon Ukrayna hakimiyyətinin sərəncamındadır.

İçindəki hər şey - konfrans masaları, çilçıraqlar, mətbəx mebeli, duş və tualetlə vanna otağı və geniş iki nəfərlik çarpayıqızıl rəngdə bəzədilib.
Təhlükəsizlik üçün xüsusi bölmə nəzərdə tutulub. Qızılı ilə örtülmüş duş kabinəsi olan bu vaqonda indiyədək heç bir Qərb siyasətçisinə rast gəlinməyib. Rusiya mediası iddia edir ki, Zelenski özü bu vaqondan istifadə edir. /Musavat.com/