Moldova mediası:
201
15:44, Bu gün

Moldova mediası: "İkinci Qarabağ müharibəsi Azərbaycanın təkcə hərbi Qələbəsi deyil, həm də tarixi dönüş nöqtəsi olub"

Moldovanın nüfuzlu "Noi.md" xəbər portalında İkinci Qarabağ müharibəsinə dair geniş məqalə dərc edilib.
 
Moderator.az AZƏRTAC-a istinadən xəbər verir ki, moldovalı jurnalistin müəllifi olduğu "İkinci Qarabağ müharibəsi 5 il sonra: Azərbaycanın qələbə yolu" sərlövhəli məqalədə ölkəmizin haqlı yolu barədə ətraflı məlumat verilib.
 
"Beş il əvvəl İkinci Qarabağ müharibəsi başladı və nəticədə Azərbaycan öz ata-baba torpaqlarının 30 illik işğalına son qoydu və ərazi bütövlüyünü bərpa etdi. Qeyd-şərtsiz qələbə müasir tarixdə nadir, tamamilə dondurulmuş hərbi münaqişənin sona çatmasına səbəb oldu. Bakı 30 ildir ki, sülh yolu ilə nizamlanmaya çalışsa da, Ermənistanla çox sayda danışığa cəhd etsə də, 2020-ci il sentyabrın 27-də 44 gün davam edən döyüşlər başlayıb", - deyə məqalədə yazılıb.
 
Müəllif daha sonra yazır:
 
"Otuz il ərzində ölkə sakinləri işğalı qəbul etməkdən boyun qaçıraraq öz ərazi bütövlüyünün bərpasında böyük əzmkarlıq nümayiş etdiriblər. Ötən əsrin 90-cı illərində doğma yurd-yuvasından didərgin salınmış bir milyona yaxın azərbaycanlı öz Vətəninə qayıdacağına inanmaqda davam etdi və Bakıda dəfələrlə qeyd edildiyi kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə meydana çıxan vətənpərvər gənclər dövlətin müdafiəsinə hazır olduqlarını dəfələrlə nümayiş etdirdilər".
 
Məqalədə qeyd olunur ki, Azərbaycan tam ərazi bütövlüyünü 2023-cü il sentyabrın 19-da, çox sayda təxribat aktına cavab olaraq, qeyri-qanuni erməni silahlı birləşmələrini tərksilah etmək üçün lokallaşdırılmış antiterror əməliyyatına başladıqdan sonra əldə etdi. Əməliyyat 24 saatdan az davam etdi və Azərbaycan Respublikasının bütün ərazisində konstitusiya quruluşunun bərqərar olması ilə yekunlaşıb.
 
"Azərbaycan hakimiyyəti Ermənistan əhalisinə inteqrasiya prosesində hər cür dəstəyi göstərməyə, o cümlədən sənədləşmə işləri, ölkənin səhiyyə və təhsil sistemlərinə çıxış imkanı verməyə başladı.
 
Müharibə başa çatdıqdan sonra Azərbaycan Qarabağın genişmiqyaslı yenidən qurulması proqramını həyata keçirməyə başladı. Sərhədin demarkasiyası, aktiv minatəmizləmə işləri, infrastrukturun, yolların, kommunikasiyaların, məktəblərin və tibb müəssisələrinin bərpasına başlanılıb.
 
Hazırda ətraf mühitin və dağılmış şəhərlərdə həyatın bərpasına xüsusi diqqət yetirilir. Artıq Füzuli, Zəngilan, Laçında hava limanları açılıb, sürətli dəmir yolu və avtomobil yolları çəkilir, "ağıllı şəhər" prinsipi əsasında yaşayış evləri və yeni şəhərciklər salınır. Keçmiş köçkünlərin ailələri fəal şəkildə Qarabağa qayıdırlar.
 
Bu il avqustun 8-də Vaşinqtonda Prezident İlham Əliyevin və baş nazir Nikol Paşinyanın iştirakı ilə Birgə Bəyannamənin imzalanması mərasimi keçirilib. ABŞ, həmçinin Cənubi Qafqaz regionunun potensialını tam şəkildə açmaq və iqtisadi imkanları birgə reallaşdırmaq üçün hər iki ölkə ilə ikitərəfli sazişlər imzalayıb. Ağ Evin məlumatına görə, Azərbaycan-Ermənistan "sülh üçün yol xəritəsi" çoxdan gözlənilən tranzit marşrutu yaradır və iki ölkənin Vaşinqtonla ikitərəfli münasibətlərini dərinləşdirir. İkinci Qarabağ müharibəsi Azərbaycanın təkcə hərbi Qələbəsi deyil, həm də tarixi dönüş nöqtəsi olub. Qarabağ üzərində nəzarəti bərpa etməklə ölkə XX əsrin sonundan bəri davam edən münaqişəyə son qoydu. Bu gün çoxmillətli Azərbaycan gələcəyə Qarabağda həyatı bərpa etmək, etnik və mədəni mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına sülh və firavanlıq təmin etmək niyyəti ilə baxır", - deyə müəllif məqalədə yazır.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər