Hakimliyə namizədlərin Baş Prokurorluğa təlim səfəri təşkil edildi - FOTO
196
13:23, Bu gün

Hakimliyə namizədlərin Baş Prokurorluğa təlim səfəri təşkil edildi - FOTO

Məhkəmə-Hüquq Şurası və Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən hakimliyə namizədlərin biliklərinin artırılması, onların dövlət orqanlarının təcrübələrinin öyrənilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.
 
Şuradan Moderator.az-a verilən xəbərə görə, Ədliyyə Akademiyasında uzunmüddətli təlimə cəlb edilmiş hakimliyə namizədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna təlim səfəri təşkil edilib. Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin rəisi, III dərəcəli dövlət ədliyyə müşaviri Fazil Həsənəliyev hakimliyə namizədlərə Mərkəzin fəaliyyət istiqamətləri barədə geniş məlumat verib.
 
Səfər çərçivəsində həmçinin, namizədlər Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində və Elm-Tədris Mərkəzində yaradılmış şəraitlə, o cümlədən kriminalistik laboratoriya, istintaq hərəkətlərinin aparıldığı otaqlar, kitabxana, muzey və Vətən müharibəsinə həsr edilən tarixi-memorial qalereya ilə tanış olublar.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər