III MDB Oyunlarında voleybol yarışının təqvimi müəyyənləşib - FOTO
161
09:40, Bu gün

III MDB Oyunlarında voleybol yarışının təqvimi müəyyənləşib - FOTO

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında voleybol yarışının təqvimi müəyyənləşib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.
 
Bildirilib ki, Gəncə şəhərində keçiriləcək turnirdə Azərbaycan, Özbəkistan, Tacikistan, Rusiya, Belarus və Qırğızıstan milli komandaları iştirak edəcəklər. Qarşılaşmalara sentyabrın 29-da start veriləcək. Bütün oyunlar Gəncə İdman Sarayında təşkil olunacaq.

III MDB Oyunları

U-15 qızlar

A qrupu: Azərbaycan, Özbəkistan, Tacikistan

B qrupu: Rusiya, Belarus, Qırğızıstan

Qrup mərhələsində ilk iki yeri tutan komandalar yarımfinala yüksələcəklər (A1-B2, B1-A2). Bu oyunların nəticələrinə əsasən final və bürünc medal uğrunda görüşlərin iştirakçıları müəyyənləşəcək.

U-17 oğlanlar

Azərbaycan, Özbəkistan, Rusiya, Belarus və Qırğızıstan komandaları dairəvi sistem üzrə qarşılaşacaqlar. Turnir cədvəlinin yekun nəticələrinə əsasən mükafatçılar müəyyənləşəcək.

Yarışın proqramı

29 sentyabr

Qızlar

16:00. Belarus - Qırğızıstan;

18:30. Azərbaycan - Tacikistan.

30 sentyabr

Oğlanlar

16:00. Rusiya - Özbəkistan;

18:30. Azərbaycan - Qırğızıstan.

1 oktyabr

Qızlar

16:00. Rusiya - Belarus;

18:30. Özbəkistan - Tacikistan.

2 oktyabr

Oğlanlar

16:00. Belarus - Qırğızıstan;

18:30. Azərbaycan - Özbəkistan.

3 oktyabr

Qızlar

16:00. Qırğızıstan - Rusiya;

18:30. Özbəkistan - Azərbaycan.

4 oktyabr

Oğlanlar

16:00. Belarus - Özbəkistan;

18:30. Azərbaycan - Rusiya.

5 oktyabr

Yarımfinal

Qızlar

10:00. A1 - B2;

13:00. B1 - A2.

Oğlanlar

16:00. Özbəkistan - Qırğızıstan;

19:00. Rusiya - Belarus.

6 oktyabr

Qızlar

10:00. Bürünc medal uğrunda oyun;

13:00. Final.

Oğlanlar

16:00. Rusiya - Qırğızıstan;

19:00. Azərbaycan - Belarus.

Oyunlardan sonra mükafatlandırma mərasimi keçiriləcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər