Bizi sosial şəbəkələrdən izləyin:
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev baş nazirin müavini - xarici işlər naziri Murat Nurleunu tutduğu vəzifədən azad edərək onu beynəlxalq məsələlər üzrə öz köməkçisi təyin edib.
Moderator.az xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Tokayevin digər sərəncamı ilə Yermek Koşerbayev Qazaxıstanın xarici işlər naziri təyin olunub.
Xatırladaq ki, təyinatdan əvvəl Koşerbayevin son vəzifəsi baş nazirin müavini olub. Daha əvvəl o, Şərqi Qazaxıstan vilayətinə rəhbərlik edib, 2020-2023-cü illərdə isə Qazaxıstanın Rusiyadakı səfiri vəzifəsində çalışıb.