Şahin Mustafayev Məsud Pezeşkianla görüşdə 12 günlük müharibədən sonrakı şayiələrə cavab verdi
395
11:25, Bu gün

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdə 12 günlük müharibədən sonrakı şayiələrə cavab verdi

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkian ilə görüşündə İsraillə İran arasında 12 günlük müharibədən sonra bəzi siyasi və media dairələrində səslənən şayiələrə cavab verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
 
"Mehriban qonşuluq və ərazi bütövlüyünə hörmətlə bağlı öhdəlikləri əsasında Azərbaycan Respublikası öz ərazisindən İrana qarşı istifadə etməyə heç bir tərəfə icazə verməyib və verməyəcək. Bununla bağlı hər hansı şayiə və ya iddiaları kökündən yalan hesab edir və onları qətiyyətlə rədd edirik", - baş nazirin müavini bildirib.
 
Şahin Mustafayev iki ölkə arasında kənd təsərrüfatı, sənaye, energetika sahələrində əməkdaşlığın davam etdiyini, müxtəlif sahələrdə birgə layihələrin həyata keçirildiyini vurğulayıb.
 
"Azərbaycan Respublikası bu əməkdaşlığın möhkəmləndirilməsində və genişləndirilməsində maraqlıdır və bu baxımdan, iki ölkənin diplomatik nümayəndəlikləri daim təmasdadır", - deyə o əlavə edib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər