Bizi sosial şəbəkələrdən izləyin:
Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Surinamın Xarici İşlər, Beynəlxalq Biznes və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin rəhbəri Melvin Buva ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov özünün "X" sosial şəbəkə hesabında məlumat verib.
"Siyasi məsləhətləşmələrin dərinləşdirilməsi, iqtisadi əlaqələrin və çoxtərəfli platformalarda əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə etdik. Görüş zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti (rəsmi) pasportlara malik şəxslər üçün viza tələbinin ləğv edilməsi haqqında saziş" imzaladıq", - paylaşımda qeyd olunub.