Kərim Vəliyev belaruslu həmkarı ilə görüşdü - FOTO
309
15:05, Bu gün

Kərim Vəliyev belaruslu həmkarı ilə görüşdü - FOTO

Belarusda işgüzar səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev sentyabrın 22-də bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi – müdafiə nazirinin birinci müavini general-mayor Pavel Muraveyko ilə görüşüb.
 
Bu barədə Moderator.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
 
Təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə hərbi əməkdaşlığın daha da genişləndirilməsi və inkişaf perspektivləri, habelə regional təhlükəsizlik məsələləri müzakirə edilib.
 
Tərəflər qarşılıqlı maraq doğuran mövzular barəsində də ətraflı fikir mübadiləsi aparıblar.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər